Erməni politoloq: Yeqiazaryanın ölümündə məsuliyyəti hakimiyyət daşıyır
Yeni hakimiyyət Ermənistanda azad medianın mövcud olduğunu dərk edə bilmir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu politoloq Aqasi Yenokyan bildirib.
Onun sözlərinə görə, vaxtilə jurnalist olmuş şəxslərin yalnız reytinq hesabına fəaliyyət göstərən azad medianın olduğunu bilməmələri qəribədir:
"Hakimiyyət medianın onları tənqid etmələrindən narazıdır. Lakin onlar medianın həmişə, əvvəlki hakimiyyəti də tənqid etdiyini unudurlar. Bu, onların işidir".
1 mart haisələrinin araşdırılmasına toxunan politoloq deyib ki, ictimaiyyətin hələ də bu iş ilə bağlı suallar var:
"Hakimiyyət yalnız Robert Koçaryan üzərində konsentrasiya olunub, amma biz hələ də vətəndaşlarımızı kimin vurduğunu, öldürdüyünü bilmirik. Biz bilirik ki, Ermənistanın ikinci prezidenti o zaman mövcud olmayan maddəni pozmaqla ittiham olunur ".
Mqer Yeqiazaryanın həbsdə ölməsinə toxunan Yenokyan ictimaiyyətin sonunadək baş verən hadisələrdən xəbərsiz olduğunu vurğulayıb:
"Aclıq aksiyasının mahiyyəti ictimaiyyətin diqqətini çəkməkdir, lakin Mqer bunu bacara bilmədi. Niyə ictimaiyyətin bu barədə xəbərsiz olduğu sual yaradır. Onun ölümündə məsuliyyəti təbii ki, hakimiyyət daşıyır”.
P.Sultanova