Ermənistan Rusiyadan Su-30SM təyyarələri alıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan Rusiyadan Su-30SM təyyarələri alıb

09:30 - 31 / 01 / 2019
Ermənistan Rusiyadan  Su-30SM təyyarələri alıb

Ermənistan Rusiyadan çoxməqsədli Su-30SM qırıcı təyyarələri alıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə  Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.

“Rusiyadan Su-30 SM təyyarələrinin alınması üçün müvafiq müqavilə imzalanıb", -  deyə məlumatda bildirilir.

Təyyarələrin sayı və vəsait barədə isə Müdafiə Nazirliyi açıqlama verməyib.

Bildirilib ki, silahların tədarükü ilə bağlı 100 milyon ABŞ dolları məbləğində Rusiyanın daha əvvəl ayırdığı kredit üzrə proses reallaşdırılma mərhələsindədir.

P.Sultanova

Paylaş:
547

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər