Paşinyan: Qarabağa dair əvvəlki hökumətlərin heç birinin aparmadığı siyasəti aparırıq | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan: Qarabağa dair əvvəlki hökumətlərin heç birinin aparmadığı siyasəti aparırıq

11:32 - 31 / 01 / 2019
Paşinyan: Qarabağa dair əvvəlki hökumətlərin heç birinin aparmadığı siyasəti aparırıq

Ermənistan hökuməti Qarabağ münaqişəsində "sülh üçün ərazi" formulunu müzakirə belə etmir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə  baş nazir Nikol Paşinyan deyib.

"Biz "sülh üçün ərazi mübadiləsi" formlunu müzakirə edə bilmərik.  Bizim hökumətimiz Qarabağa dair əvvəlki hökumətlərdən heç birinin  aparmadığı siyasəti aparır və paralellər (əvvəlki və yeni hakimiyyət orqanları arasında) etmək tam yanlışdır ", - deyə o, hazırkı hakimiyyətin birinci prezident Levon Ter-Petrosyanın xarici siyasətini davam etdirməsinə dair qeyri-rəsmi məlumatlara münasibət bildirərəkən vurğulayıb.

Qarabağ məsələsi ilə bağlı danışıqların davam etdirilməsindən danışan Paşinyan bununla xarici işlər nazirlərinin məşğul olduğunu deyib:

"Biz Azərbaycan Prezidenti ilə danışdıq ki, nazirlər bu istiqamətdə işləyirlər, həmsədrlərlə birgə onlar tövsiyələr təqdim edəcəklər və biz onları müzakirə edəcəyik".

Paşinyan əlavə edib ki, Davosda Azərbaycan rəhbəri ilə danışıqlar aparılmayıb, qeyri-rəsmi ünsiyyət zamanı fikir mübadiləsi olub.

Ermənistanın baş naziri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonla Qarabağ münaqişəsini müzakirə etmədiyini də vurğulayıb:

"Boltonla Qarabağ münaqişəsi müzakirə edilməyib. Qarabağ və ya Azərbaycan barədə bir söz belə işlənməyib”.

P.Sultanova

Paylaş:
572

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər