Ermənistan Rusiyadan 4 Su-30SM döyüş təyyarəsi alacaq
Ermənistan Rusiya ilə bağlanmış müqaviləyə əsasən, 2020-ci ildə dörd Su-30 SM döyüş təyyarəsi alacaq.
1news.az xəbər verir ki, bu barədə “Kommersant” a aviasiya sənayesi müəssisələrindən birinin rəsmisi deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, müqavilə ticari hesab olunur və satınalma Rusiya tərəfindən verilən kredit hesabına həyata keçirilir, Ermənistan üçün hər bir təyyarənin qiyməti Rusiya silahlı qüvvələri üçün nəzərdə tutulan məbləğ qədər olacaq.
“Rusiya tərəfində belə şərtlərlə satış əsl bir hədiyyə kimi görünür. Saziş Rusiya hərbi müəssisələrində erməni pilotlarının hazırlanmasını da nəzərdə tutur”, - deyə mənbə bildirib.
Əlavə edib ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra altı Su-30 SM təyyarəsinin alınması müzakirə edilib, lakin danışıqların nəticələrindən sonra dördünün alınması razılaşdırılıb.
Bu, Ermənistan Müdafiə Nazirliyi ilə Nikol Paşinyanın dövründə bağlanmış ilk müqavilədir. Rusiyanın KTMT-dəki müttəfiqi ilə öz mövqeyini gücləndirməsi vacibdir.
P.Sultanova