İrəvanda küçə satıcıları etiraz aksiyalarını davam etdirirlər
Ermənistanın küçə satıcıları hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onlar hökumətdən küçə ticarəti ilə məşğul olmağa icazə verməsini tələb ediblər.
Bu il 1 yanvardan etibarən, İrəvan meriyası paytaxtda qeyri-qanuni küçə ticarətini dayandırmaq məqsədilə tədbirləri sərtləşdirib.
Aksiya iştirakçıları küçələrdə ticarət etmək məcburiyyətində olduqlarını bildiriblər, qeyd ediblər ki, bazarlarda ticarətin həcmi çox azdır, satılan məhsullar korlanır və itkilərə səbəb olur.
Etirazçılardan biri olan Karen Dadoyan bazarlarda çalışan ticarətçilər gündə 500 min - 1 milyon dram (1 ABŞ dolları - 487 dram) məhsul alıb satdıqlarını və kiçik tacirlər bu şərtlərlə çətinliklərlə qarşılaşdığını deyib.
"Bizim böyük miqdarda mal ilə bazara girmək üçün maliyyə imkanımız yoxdur", deyə Dadoyan bildirib.
P.Sultanova