Fit Time: Qamətli olmaq və düzgün məşq etmək – VİDEO
1newsTV-nin efirində Fit Time adlı yeni rubrika başlayır.
Buradakı video-çarxlarda daha güclü, qamətli və sağlamlıqla bağlı bütün sirlər açılacaq, eləcə də oxucuların sualları cavablandırılacaq.
Verilişdə fitness və qidalanma ilə bağlı əfsanələrə son qoyulacaq. İlk video-çarxda əzələ yığmaqla bağlı daha çox verilən suallar cavablandırılıb Həmsöhbətimiz – bodibildinq üzrə Avropa finalçısı Xəyyam Kazımov oldu.
O, düzgün rejim, qidalanma, məşq və istirahətlə bağlı fikirlərini bildirib.
“İdman zaman sevir. Məşq etmək lazımdır. Hər gün yox. İstirahət də etmək lazımdır. Günaşırı olmaqla zalda 1,5 saat məşq etmək kifayətdir. Ən başlıca istirahət gecədir. Belə ki, gecə saat 12.00-dan 03.00-a qədər əsas hormonlar yaranır”.
Həmçinin Xəyyam qadınların zala gəlməklə, “kişilər kimi əzələli olması” ilə bağlı əfsanələrə də aydınlıq gətirib:
“Qadınlar heç nədən çəkinməsin. Məşq etmək zərərli deyil. Kişilər kimi əzələli olmayacaqlar”.
Həmçinin o, uşaqların idman zalında məşq etməsi məsələsinə də toxunub:
“16 yaşa qədər olan uşaqlar ciddi zədə ala bilər. Buna görə də 15-16 yaşdan sonra zalda məşqçinin nəzarətilə məşq edə bilərlər”.
Qeyd edək ki, rubrikamızın aparıcısı Powerhouse Gym-in fitness-məşqçisi İndiana Murtuzovadır.
Tərcümə: S.Xankişiyeva
Tərcümə: S.Xankişiyeva