Mnatsakanyan Qarabağ danışıqları barədə: Konstruktiv mühit saxlanılır | 1news.az | Xəbərlər
Ermənistan

Mnatsakanyan Qarabağ danışıqları barədə: Konstruktiv mühit saxlanılır

09:54 - 05 / 02 / 2019
Mnatsakanyan Qarabağ danışıqları barədə: Konstruktiv mühit saxlanılır

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda konstruktiv mühitin saxlandığını bəyan edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Mnatsakanyan "Parlaq Ermənistan” parlament fraksiyasının üzvləri ilə görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli daxil olmaqla, ümumi məsələləri müzakirə etmək üçün yaxşı bir səbəbdir. XİN rəhbəri parlament fraksiyaları ilə işləməyin vacibliyini vurğulayıb, qeyd edib ki, bu cür dialoq erməni siyasətçilərinin mövqelərini və qiymətləndirmələrini müqayisə etmək, diqqətin nəyə yönəldilməsinin lazım olduğunu anlamaq üçün yaxşı bir imkandır.

Mnatsakanyan həmçinin, Almaniya kansleri Angela Merkelin baş nazir Nikol Paşinyanın cəsarətli addımları ilə bağlı bəyanatına da münasibət bildirib. Onun sözlərinə görə, Merkel sülh danışıqlarının aparılması məsələsini nəzərdə tutub.

Nazir Ermənistan sülh üçün danışıqlar aparmaqda davam etdiyini deyib.

Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşlərinə gəlincə, o, tələsməməyi məsləhət görüb.

"Çox vacibdir ki, biz prosesi nəticələrə nail olmaq üçün belə bir şəkildə qurmağa davam edirik. Vaxt əlbəttə ki, əhəmiyyət kəsb edir, amma növbəti addımların dinamikanın qorunmasına gətirib çıxaracağına əmin olmalıyıq", - Mnatsakanyan əlavə edib.

P.Sultanova



Paylaş:
627

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər