Ermənistanda qubernator müavinləri də ixtisar ediləcək
Ermənistanın regional administrasiyalarında da ixtisarlar ediləcək.
1news.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.
Məlumata görə, yalnız orta səviyyəli işçilərin sayının deyil, qubernator müavinlərinin də sayının azaldılması qərara alınıb.
Hər qubernatorun hazırkı üç müavini əvəzinə, gələcəkdə yalnız bir müavin olacaq.
Nəşr yazır ki, Robert Koçaryanın prezidentliyində dövründə qubernator müavinlərinin sayı kəskin artdı, onda koalisyon tərəfdaşlar olan Daşnaksütyun və “Orinat Yerkir”ə müvafiq portfellərlə təmin olunmaq lazım idi.
P.Sultanova
714