Azərbaycan “Formula 1” ilə əməkdaşlığı 2023-cü ilədək uzadıb | 1news.az | Xəbərlər
FORMULA 1

Azərbaycan “Formula 1” ilə əməkdaşlığı 2023-cü ilədək uzadıb

10:24 - 05 / 02 / 2019
Azərbaycan “Formula 1” ilə əməkdaşlığı 2023-cü ilədək uzadıb

Bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkərlər Qrupu arasında yeni müqavilə imzalanıb.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıblar.

A.Rəhimov qeyd edib ki, "Formula 1" yarışının Azərbaycanda keçirilməsi mühüm amildir və Azərbaycan daha 3 il bu yarışmaya ev sahibliyi edəcək.

Qeyd edək ki, bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.

S.Xankişiyeva

 

 

Paylaş:
7610

Son xəbərlər

Bütün xəbərlər