Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 140-ı keçib | 1news.az | Xəbərlər
Dünya

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 140-ı keçib

13:02 - 06 / 02 / 2019
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 140-ı keçib

Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə "G1" portalı yerli hakimiyyətə istinadən xəbər verir. Daha əvvəl 132 nəfərin öldüyü bildirilirdi.

Bildirilir ki, həlak olanlardan 122-nin kimliyi müəyyən edilib. Daha 194 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, sentyabrın 25-i Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

1news.az

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər