UEFA səfər qolu qaydasını ləğv edir | 1news.az | Xəbərlər
Futbol

UEFA səfər qolu qaydasını ləğv edir

16:41 - 06 / 02 / 2019
UEFA səfər qolu qaydasını ləğv edir

UEFA, futbol üzrə Çempionlar Liqasında səfər qolu qaydasını ləğv etməyə hazırlaşır. 

1news.az Sport24.az-a istinadən xəbər verir ki, məsələ qurumun İcraiyyə Komitəsinin bu gün Romada keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və bu barədə yekun qərar qəbul olunacaq. Böyük ehtimalla, sözügedən qayda dəyişdiriləcək.

Qeyd edək ki, Çempionlar Liqası da daxil olmaqla, bəzi turnirlərdə səfərdə vurulan qollar komandalar üçün üstünlük hesab edilir. Bu qayda bir sıra klubların narazılığı ilə qarşılanır. Bundan əvvəl İngiltərə kubokunda səfər qolu qaydası ləğv olunub. Beynəlxalq Futbol Assosiasiyaları Birliyi də ölkə federasiyalarına bu qaydadan imtinaya icazə verib.

1news.az

Paylaş:
780

Son xəbərlər

Bütün xəbərlər