Bu kəndə köçən 10 min dollar alır - FOTO | 1news.az | Xəbərlər
Dünya

Bu kəndə köçən 10 min dollar alır - FOTO

16:29 - 07 / 02 / 2019
Bu kəndə köçən 10 min dollar alır - FOTO

İtaliyanın şimalında, Alp dağlarının ətəklərində yerləşən Piedmont bölgəsindəki Locana kəndinə köçənlərə 10 min dollar verilir.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, 1900-cü illərin əvvəllərində yeddi min əhalisi olan kənddə 2000-ci illərdə 1500-ə qədər sakin qalıb.

Kəndin əhalisi Torinodakı böyük fabriklərdə işləmək üçün buranı tərk edib. Hətta əhali o qədər azalıb ki, ibtidai məktəblər də az şagird olması səbəbindən hər təhsil ilinin əvvəlində bağlanmaq riski ilə qarşı-qarşıya qalır.

Birdəfəlik ödəmə şəklində veriləcək 10 min dollarlıq mükafatı almaq üçün cütlüklərin qarşısına bir şərt qoyulur: ən azı bir övlad sahibi olmaq.

Kənddə restoranlar, barlar, kafelər kimi iş sahələri var.

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər