Qətərdə Ermənistan səfirliyi açılır: ərəblərin öz pulu ilə
Ermənistan Qətərlə bu ölkədə səfirlik açmaq barədə razılığa gəlib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında təsdiq edilib.
Məlumatda deyilir ki, qərar, son illərdə Ermənistanla Qətər arasındakı əlaqələrin aktivləşməsi, bu ərəb ölkəsinin böyük investisiya imkanları və Qətər vətəndaşlarının Ermənistana turizm maraqlarının artması ilə əlaqədardır.
Səfirlik paytaxt Dohada açılacaq. Müqaviləyə əsasən, səfirliyin saxlanılmasına 192,5 min dollar xərclənəcək ki, bunun da qarşıdakı üç il ərzində 110 min dollarını Qətər təmin edəcək.
Qətər hökuməti, həmçinin səfirlik üçün bir ərazi, səfir üçün iqamətgah, iki xidməti avtomobil təqdim edəcək.
P.Sultanova
714