Sabiq ədliyyə nazirləri Sarkisyanın vəkillər kimandasına rəhbərlik edəcəklər | 1news.az | Xəbərlər
Ermənistan

Sabiq ədliyyə nazirləri Sarkisyanın vəkillər kimandasına rəhbərlik edəcəklər

11:25 - 07 / 02 / 2019
Sabiq ədliyyə nazirləri Sarkisyanın vəkillər kimandasına rəhbərlik edəcəklər

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan vəkillərdən ibarət komanda formalaşdırır.

1news.az bu barədə Ermənistanın "Hraparak" nəşrinə istinadla xəbər verir.

Erməni mətbuatı Sarkisyanın 1 mart 2008-ci il hadisələrinə görə şahid kimi beş saat sorgulandığını yazıb. Onun son günlər bir neçə dəfə xüsusi istintaq xidmətində dindirildiyi bildirilir.

Sarkisyanın vəkillər komandası isə sabiq ədliyyə nazirləri David Arutyunyan və Arpine Ovhannisyanın (hər ikisi Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyasını təmsil edir) rəhbərliyi ilə təşkil edilir.

"Bizim məlumatımıza görə, bu günlərdə Sarkisyanın" müdafiəçilər"komandası RP-nin qərargahında toplaşıblar, onunla uzun müzakirələr aparıblar və yığıncaqda digər hüquqşünaslar da iştirak ediblər", - deyə “Hraparak” yazır.

David Arutyunyan özü suala cavab verməyəcəyini, ümumiyyətlə, Sarkisyanla bağlı heç bir şərhinin olmadığını vurğulayıb. O, RP-nın qərargahında tamamilə fərqli bir mövzu ətrafında müzakirələr aparıldığını əlavə edib.

P.Sultanova


Paylaş:
575

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər