Mübariz Əhmədoğlu: Su-30 SM də “İskəndər ZRK” kimi Azərbaycana qarşı istifadə oluna bilməz | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Su-30 SM də “İskəndər ZRK” kimi Azərbaycana qarşı istifadə oluna bilməz

11:39 - 07 / 02 / 2019
Mübariz Əhmədoğlu: Su-30 SM də “İskəndər ZRK” kimi Azərbaycana qarşı istifadə oluna bilməz

Rusiya mətbuatının yazdığına görə Rusiya Ermənistana 4 ədəd Su-30 SM qırıcı təyyarəsi satacaq. Rus hərbi ekspertləri bunu “İskəndər” raketinin Ermənistana verilməsinə bərabər hadisə hesab edirlər.

Ermənistan Müdafiə Nazirliyinin bu mövzu ilə bağlı mövqeyi hələ ki, məsələnin tam rəsmiləşmədiyini göstərir. Ermənistan Müdafiə Nazirliyinin son mövqeyi Rusiyanın “Kommersant” qəzetinin təsiri altında formalaşmış mövqedir. O vaxtadək Ermənistan Müdafiə Nazirliyi yalnız Su-30 SM təyyarəsinin alınması üzərində işin getdiyini bildirirdi. Amma “Kommersant” qəzetindəki yazıdan sonra Müdafiə Nazirliyi konkretliyə daha yaxın məlumat yaydı.

Rusiyanın Ermənistanı silahlandırmasının Azərbaycana zərrə qədər ziyanı yoxdur. Ən azı ona görə hələ ki, təyyarə istehsal olunmayıb. Yaxınlarda RF müdafiə naziri S.Şoyqu İrkutsk şəhərində bu qırıcı təyyarəni istehsal edən zavodda oldu. Təyyarə Rusiya və KTMT üzrə Rusiyanın tərəfdaşları üçün nəzərdə tutulub. İlk sınaqlar 2019-cu ilin sonlarında başlanacaq. İlk partiya Belarusa veriləcək. Bu təxminən 2020-ci ildə baş verə bilər. 2020-ci ilin ilk günlərində Ermənistana Su-30 SM-in gəlməsi mümkün deyil.

O vaxtadək qoşunların təmas xəttində və sərhəddə Ermənistanın təxribatları istisna deyil. Azərbaycanın cavabı həlledici ola bilər.

Eləcə də nəzərə alınmalıdır ki, Rusiya Azərbaycanı da KTMT-yə qoşmağa cəhdlər edir. Azərbaycanın da KTMT-nin tərəfdaşı kimi bu qırıcı təyyarələri almaq imkanları sıfır deyil.

RF-in bu qırıcı təyyarələri Azərbaycana qarşı istifadə oluna biməz. Bunun ən vacib əlaməti 2016-cı ilin aprel döyüşləridir. Ermənistan sübut etdi ki, 2016-cı ilin aprel döyüşlərinədək Ermənistanda “İskəndər” ZRK olması tam sübut olunub. Ermənistanda heç kim buna şübhə etmir. Amma Ermənistan böyük itkilərə məruz qalsa da “İskəndər” ZRK-dan istifadə edə bilmədi. Çünki RF qadağa qoymuşdu.

Rusiya Su-30 SM təyyarəsini Ermənistana verərkən onun Azərbaycana qarşı istifadə olunacağına qadağa qoyacaq. Bəlkə də təyyarə Ermənistana veriləndə elə onun daxilində Azərbaycanın koordinatlarına proksi qoyulacaq.

Ermənistan dövləti borc yükünü istənilən qədər artırmaq hüququna malikdir. Borc almaq imkanı isə haçansa tükənəcək.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
667

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər