Apellyasiya Məhkəməsi Koçaryanı həbsdə saxladı | 1news.az | Xəbərlər
Ermənistan

Apellyasiya Məhkəməsi Koçaryanı həbsdə saxladı

12:29 - 07 / 02 / 2019
Apellyasiya Məhkəməsi Koçaryanı həbsdə saxladı

Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbs qərarını qüvvədə saxlayıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə prosesdən sonra jurnalistlərə prokuror Vaaqn Muradyan deyib.

"Məhkəmə Koçaryanın vəkillərinin müraciətini tamamilə rədd etdi, o, həbsdə qalmaqa davam edəcək”, Muradyan bildirib.

Onun sözlərinə görə, ittiham edən tərəf azadlıqda olacağı təqdirdə Koçaryanın istintaqdan yayınacağını düşünür.

Prokuror Koçaryanın məhkəmə iclasında iştirak etdiyini təsdiqləyib.

P.Sultanova

Paylaş:
662

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər