Elmə məlum olmayan dinozavr qalıqları tapıldı | 1news.az | Xəbərlər
Dünya

Elmə məlum olmayan dinozavr qalıqları tapıldı

15:49 - 08 / 02 / 2019
Elmə məlum olmayan dinozavr qalıqları tapıldı

Argentinada bu günə qədər elmə məlum olmayan dinozavr növünün qalıqları tapılıb.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, qalıqlara əsasən, dinozavr yırtıcıları çiynindəki uzun çıxıntılarla qorxudurmuş.

Otyeyən sinfinə məxsus dinozavr 140 milyon il əvvəl yaşayıb. Qalıqlara Pataqoniya ərazisində rast gəlinib. Sümüklər hazırda Buenos-Ayresdəki Milli-mədəniyyət mərkəzində nümayiş olunur. Alimlər yeni dinozavrı "Bajadasurus pronuspinax" adlandırıblar.

1news.az

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər