Dünyanın ən qısa evliliyi: 3 dəqiqə sonra boşandılar
Küveytdə dünyanın ən qısaömürlü ailəsi qeydə alınıb.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, hadisə ölkənin paytaxtı Əl Küveyt şəhərində yaşanıb. Toy günü şəhər məhkəməsinə yollanaraq nikahı rəsmiləşdirən bəylə gəlin gülümsəyir, qonaqlar sevinirdilər.
Fəqət gəlin nikah sənədini imzalayıb zaldan çıxanda qəflətən büdrəyib, səndərləyib. Təzə bəy hirslənib və xanımını "Sarsaq, yöndəmsiz" adlandırıb və söyməyə başlayıb.
Sinirlənən gəlin dərhal boşanma tələb edib.
Beləcə, nikah qeydə alınandan cəmi 3 dəqiqə sonra boşanma ərizəsi qəbul olunub.
1news.az
651