Paşinyan Makronun 24 aprel qərarı barədə | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan Makronun 24 aprel qərarı barədə

09:28 - 08 / 02 / 2019
Paşinyan Makronun 24 aprel qərarı barədə

İrəvan prezident Emmanuel Makronun 24 apreli Fransada “erməni soyqırımı” qurbanlarının xatirəsini anma günü elan etməklə bağlı bəyanatını alqışlayır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Emmanuel Makronun bəyanatını alqışlayırıq. Bu, insan hüquqlarının qorunması və kütləvi qırğınların qarşısını almaq üçün həmrəylik aktı, güclü və qətiyyətli addımdır”, - Paşinyan deyib.

Qeyd edək ki, 24 aprel tarixi Fransada qondarma “erməni soyqırımını” anma günü kimi qeyd olunacaq. Makron bu barədə Fransanın erməni təşkilatlarının koordinasiya şurasının illik ziyafətində deyib.

P.Sultanova



 

Paylaş:
709

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər