Şarmazanov hökumətin proqramı barədə: bu, Paşinyanın yalanlarının ifadəsidir
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov hökumətin proqramı ilə tanış olduqdan sonra öz mövqeyini açıqlayıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Şarmazanov bunun proqram olmadığını bildirib.
“Bu, proqram deyil, hətta tost da deyil, bu, sənəd Paşinyanın yalanının ifadəsidir.
Hökumətin proqram layihəsi ilə tanış oldum. Bu, irəliləyişə doğru heç bir konkret addım görünməyən kədərli, qeyri-müəyyən söz yığınından ibarətdir.
İqtisadi sıçrayış haradadır?
İnvestisiya bumu haradadır?
"Sehrli çubuq" haradadır?
Yoxsulluğun kəskin azaldılması haradadır?
İş yerlərinin yaradılması haradadır?
İqtisadi artımın yüksək tepmi haradadır?
Əmək haqlarının və pensiyaların kəskin artımı haradadır?
Xeyr ...
Nikol Paşinyan bütün bunları vətəndaşlara vəd etməmişdimi?
Söz verdi, ancaq tam tərsinə etdi.
Belə nəticəyə gəlmək olar.
Bu bir proqram deyil, hətta tost toplusu da deyil.
Bu, Paşinyanın yalanını ifadə edən sənəddir.
P.S. Yaxın vaxtlarda onun populizminə və yalançılığından daha ətraflı bəhs edəcəm”.
P.Sultanova