Erməni politoloqdan tələb: Paşinyan hakimiyyəti inqilab dedikdə nə anladıqlarını cəmiyyətə izah etməlidirlər
Ermənistanın yeni hakimiyyəti inqilab elan etdikdə, bununla nə demək istədiklərini söyləmədilər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə politoloq Levon Şirinyan Ermənistan hökumətinin təqdim etdiyi yeni proqram barədə danışarkən deyib.
O bildirib ki, proqram ilkin olduğu üçün yekun nəsə demək mümkün deyil, amma konturlar artıq aydındır.
“Yeni hakimiyyəti inqilab elan etdikdə, bununla nə demək istədiyini söyləmədilər. Mən tələb edirəm ki, onlar inqilab deyərkən nə anladıqlarını cəmiyyətə söyləsinlər.
Əgər onlar, xüsusilə də dəyər sistemində fundamental, köklü dəyişikliklər nəzərdə tutmasalar, belə başa düşüləcək ki, bəli, yeni hökumət siyasi inqilabı zərbə altına qoya bilər. Buna görə də onlar bunu söyləmək məcburiyyətindədirlər".
Politoloq əlavə edib ki, strateji məsələlərdə aydınlıq yoxdur, xarici siyasətdə izolyasiya xətti davam edir:
"Rusiya aydındır, amma biz də bir şeyi bilirik - Rusiya strateji cəhətdən nə qədər vacib olsa da, bizim tək tərəfdaşımız ola bilməz. Kim inanmırsa, aprel müharibəsi günlərini xatırlasın və Rusiyanın qızışdırıcı rolunu qiymətləndirsin. Qoy Rusiya olsun, amma tamamlanma üçün ikinci ölkə barədə də danışmalıyıq, hansı ki, deyilir, amma məzmunca alınmır”.
P.S