"Sasna Tsrer": Bu siyasət davam etdirilsə, Ermənistan suverenliyini itirəcək
Suriya məsələsində Rusiya ilə birləşmə Ermənistanın təhlükəsizliyinə təhdiddir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə “Sasna Tsrer” partiyasının Suriyaya Ermənistan missiyasının göndərilməsi ilə bağlı bəyanatında deyilir.
“Ermənistan hakimiyyəti öz sələflərinin siyasətini davam etdirir. Ermənistanı Rusiyanın müstəmləkə asılılığına çevirmək, Suriya məsələsində Moskva ilə assosasiya təşkil etmək Ermənistanın təhlükəsizliyinə təhlükə yaradır və respublikanın milli maraqlarına zidddir”, - deyə "Sasna Tsrer" bəyan edib.
Partiyanın açıqlamasında vurğulanıb ki, bu təhdidlər barədə əvvəllər də hakimiyyətini xəbərdar ediblər:
"Biz missiyanı göndərmək qərarı yalnız elan edildikdə də bu təhdidlə bağlı hakimiyyəti xəbərdar etmişdik.
Ancaq Ermənistan hakimiyyəti öz sələflərinin siyasətini davam etdirərək, ölkəni Rusiyadan müstəmləkə asılılığına gətirir. Yeni hakimiyyət bu siyasəti davam etdirsə, Ermənistan beynəlxalq aləmdə öz suverenliyini itirəcək ".
P.S