Tonoyan Ermənistanın Suriyada hərbi əməliyyatlarda iştirakı barədə | 1news.az | Xəbərlər
Ermənistan

Tonoyan Ermənistanın Suriyada hərbi əməliyyatlarda iştirakı barədə

15:55 - 12 / 02 / 2019
Tonoyan Ermənistanın Suriyada hərbi əməliyyatlarda iştirakı barədə

Suriyaya humanitar missiya göndərmək qanun çərçivəsində həyata keçirilir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu müdafiə naziri David Tonoyan deyib.

"Suriyaya missiya göndərilməsi qanuna uyğun olaraq həyata keçirilir. Suriyadakı de-fakto hakimiyyət orqanları tərəfindən bununla bağlı yazılı müraciəti var. Əgər hərbi əməliyyatlarda iştirak etmək lazım gəlsə, Ermənistan bunu da qanun çərçivəsində həyata keçirəcək”,- Tonoyan deyib.

Onun sözlərinə görə, hakimiyyət bu məsələdə parlamentdən kənar qüvvələrlə də işləyəcək.

Ermənistanın Müdafiə Nazirliyi fevralın 8-də Suriyaya 83 erməni mütəxəssisindən ibarət bir qrupun gəldiyini bəyan edib. Qrupun tərkibində  minatəmizləmə üzrə mütəxəssislər, tibb işçiləri var.

Suriyaya humanitar kontingentin göndərilməsi ötən ilin sentyabrında elan edildi. Baş nazir Nikol Paşinyan Suriyadakı humanitar əməliyyatı  Ermənistan-Rusiya humanitar layihəsi olduğunu deyib.

Ermənistan Respublika partiyası isə qeyd edir ki, missiyanı Suriyaya göndərmək Nikol Paşinyanın şəxsi qərarı idi və bunun üçün hüquqi baza yoxdur.

P.S.

Paylaş:
582

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər