Etirazçılardan Paşinyana: Serj Sarkisyanın qanunları ilə hərəkət edirsən?
Biz baş nazir Nikol Paşinyandan soruşmaq istəyirik, hansı qanunla hərəkət edir, Serj Sarkisyanın qanunları ilə?
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan hökuməti binası önündə etiraz aksiyası keçirən vətəndaşlar deyib.
Onlar yüksək vəzifəli məmurların özlərinə yazdıqları Yeni il mükafatlarına etiraz ediblər. Aksiyaçılar həmin pul mükafatlarının müsadirə edilməsini və dövlət büdcəsinə qaytarılmasını tələb edirlər.
Etiraz aksiyasının təşkilatçısı İrina Arutyunyan hesab edir ki, bu mövzu nəticəsiz qalmamalıdır:
"Biz buna son verilməsini tələb etməliyik. Əgər baş nazir hər şeyin qanun çərçivəsində olduğunu bəyan edərsə, biz ondan soruşmaq istəyirik, hansı qanundan söhbət gedir, Serj Sarkisyanın qanunundan? "- deyə Arutyunyan bildirib.
Aksiya iştirakçıları hökumət üzvlərindən kiminsə çıxıb onları dinləməsini tələb ediblər. Onlar bəyan ediblər ki, mükafatlar geri qaytarılmasa, imza toplama kampaniyası təşkil edəcəklər.
P.S