Sarkisyan Almaniyaya gedir | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan Almaniyaya gedir

16:37 - 13 / 02 / 2019
Sarkisyan Almaniyaya gedir

Ermənistan prezidenti Armen Sarkisyan 15-17 fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

"Sarkisyan Münhen Təhlükəsizlik Konfransının açılış mərasimində iştirak etmək üçün Almaniyaya işgüzar səfər edəcək. Konfrans çərçivəsində o, müxtəlif ölkələrdən olan  həmkarları və digər yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək".

Sarkisyanın Almaniyanın elmi və işgüzar dairələrinin nümayəndələri ilə görüşləri, eləcə də dünyanın ən böyük astronomiya tədqiqat mərkəzlərindən biri - Avropa Cənub Rəsədxanasına baş çəkəcəyi də planlaşdırılır.

P.S

Paylaş:
714

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər