ABŞ: Ermənistanla Rusiyanın Suriyadakı əməkdaşlığını dəstəkləmirik | 1news.az | Xəbərlər
Ermənistan

ABŞ: Ermənistanla Rusiyanın Suriyadakı əməkdaşlığını dəstəkləmirik

12:51 - 13 / 02 / 2019
ABŞ: Ermənistanla Rusiyanın Suriyadakı əməkdaşlığını dəstəkləmirik

Biz Ermənistanla Rusiyanın Suriya məsələsindəki əməkdaşlığını dəstəkləmirik.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi Suriyaya erməni humanitar missiyasının göndərilməsinə dair mövqeyini bildirərkən bəyan edib.

ABŞ Dövlət Departamentinin mövzu ilə bağlı şərhini xatırladan səfirlik bəyan edib ki, Suriyadakı humanitar vəziyyətə reaksiya vermək üçün digər ölkələrin arzularını başa düşürük və Yaxın Şərqdəki dini azlıqların qorunması ilə bağlı narahatlıqları paylaşırıq.

"Ancaq  biz vətəndaşlara yardım göstərmək və ya hərbi xarakter daşımasından asılı olmayaraq Suriya Silahlı Qüvvələri ilə hər hansı bir qarşılıqlı əlaqəni dəstəkləmirik.

Həmçinin, bu missiyada Ermənistanla Rusiya arasındakı hər hansı əməkdaşlığı dəstəkləmirik. Rusiya dinc vətəndaşları öldürən, humanitar fəlakətə səbəb olan əsəd rejimi ilə əməkdaşlıq etdi. Rusiya qlobal arenada  Əsəd rejimini və qətliamları müdafiə etməyə davam edir ",- deyə Dövlət Departamenti bəyan edib.

P.S

Paylaş:
792

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər