Azercell əməkdaşları bilik və təcrübələrini tələbələrlə bölüşdülər – FOTO   | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələrlə bölüşdülər – FOTO  

16:00 - 14 / 02 / 2019
Azercell əməkdaşları bilik və təcrübələrini tələbələrlə bölüşdülər – FOTO  

Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına tövhə verən “Azercell Telekom” MMC, Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH Qrupları Karyera Akademiyası   proqramı çərçivəsində daha bir layihəyə dəstək verdi. Belə ki, 12-14 fevral tarixlərində Qubada təşkil edilmiş SABAH Karyera Qış Məktəbində Azercell şirkətinin əməkdaşları tələbələrə təlimlər keçib, bilik və təcrübələrini onlar ilə bölüşüblər.

Azercell Akademiyasının peşəkar təlimçiləri Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Süleymanov “Təqdimat Bacarıqları” və “Karyera brendini yarat” mövzusunda təşkil olunmuş master-klassda tələbələr qarşısına çıxış ediblər. İki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Onu da bildirək ki, Azercell əməklaşları 2017 və 2018-ci illərdə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində həmçinin fəal iştirak ediblər. Ötən illərdə olduğu kimi, bu il də  təlimlərdə əsas istiqamət karyera quruculuğu üzrə fundamental bacarıqların inkişafı olub.

Qeyd edək ki, 2017-ci ildə Təhsil Nazirliyi SABAH qrupları və “Azercell Telekom” MMC arasında memorandum imzalanıb. Memoranduma əsasən, Azercell şirkəti tərəfindən təşkil edilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları tələbələri üçün hər il xüsusi yerlər ayırılır. Belə ki, Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə 25 qalibindən 9-u, məhz SABAH qruplarının tələbəri olub. Qaliblər ali təhsillərinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə, məlumat sessiyalarında və kurslarda iştirak etmək imkanını əldə edəcəklər. Əlavə olaraq, son 2 ildə 25 SABAH tələbəsi Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçmək imkanına malik olmuşdular. Onlardan biri isə artıq Azercell Ailəsinə belə qoşulub.

Məlumat üçün bildirək ki,  Təhsil Nazirliyi SABAH qrupları  ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması,  tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmış, ali təhsil sistemində innovativ və aparıcı bir layihədir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
882

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər