Ermənistan XİN ABŞ-ın Suriya bəyanatı barədə
Ermənistan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Suriyadakı erməni humanitar missiyası ilə bağlı bəyanatını diqqətə alıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
“Ermənistan və ABŞ Suriyadakı qaçqın və məcburi köçkünlərin böyük bir böhranı ilə müşayiət olunan humanitar fəlakətə cavab vermək üçün uzun müddətdir birgə cəhdlər edirlər.
Suriya münaqişəsinin bütün dövrlərində erməni xalqı sivil əhalinin, milli azlıqların, o cümlədən erməni icmasının taleyini narahatlıqla izlədi.
Təkrar edirik ki, Suriya böhranı boyunca erməni xalqı həmişə dinc əhalinin, erməni əhalisi, o cümlədən dinc əhalinin və azlıqların taleyi ilə maraqlanırdı.
Suriya böhranı ərzində Hələbdəki erməni baş konsulu işini tərk etmədi. Bu günə qədər Ermənistanda 22 mindən çox Suriyalı qaçqın sığınacaq tapdı və suriyalılar üçün 4 humanitar yardım təyyarəsi göndərildi.
Sakitlik və təhlükəsizliyin yaradılmasından sonra Ermənistan münaqişədən zərər çəkən Hələb şəhərinin əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək etmək üçün humanitar missiyaya öz töhfəsini davam etdirmək niyyətindədir.
Erməni missiyası humanitar xarakter daşıyır və bu, beynəlxalq humanitar qanunvericiliyə əsaslanır”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: “Biz Ermənistanla Rusiyanın Suriya məsələsindəki əməkdaşlığını dəstəkləmirik. Vətəndaşlara yardım göstərmək və ya hərbi xarakter daşımasından asılı olmayaraq Suriya Silahlı Qüvvələri ilə hər hansı bir qarşılıqlı əlaqəni dəstəkləmirik.
Həmçinin, bu missiyada Ermənistanla Rusiya arasındakı hər hansı əməkdaşlığı dəstəkləmirik. Rusiya dinc vətəndaşları öldürən, humanitar fəlakətə səbəb olan Əsəd rejimi ilə əməkdaşlıq etdi. Rusiya qlobal arenada Əsəd rejimini və qətliamları müdafiə etməyə davam edir ",- deyə Dövlət Departamenti bəyan edib.
1news.az