Badalyan: Paşinyan hakimiyyəti Sarkisyanın partiyasının silahlanma taktikasını seçib
Ermənistanın mövcud hökuməti ölkənin inkişafı üçün gündəliyə malik deyildir və təqdim olunan proqram yalnız dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair metodlar toplantısıdır.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə ekspert Armen Badalyan bildirib.
O deyib ki, baş nazir Nikol Paşinyan reytinqinin qorunması üçün tərəfdarlarının daha çox səfərbər edilməsinə ehtiyac duyur.
Badalyanın sözlərinə görə, reytinqin qorunması üçün ya ölkənin siyasi və sosial-iqtisadi inkişafının gündəminə, ya da düşmən obrazına ehtiyac var:
"Hazırkı hökumət inkişaf gündəliyinə malik deyil və təqdim olunan proqram ölkədə idarəetmənin təkmilləşdirilməsi üçün yalnız metodlar toplusudur. Və bu şəraitdə hakimiyyət şərti rəqib seçib və onlara zərbə vurmaq qərarına gəldi".
Ekspertin fikrincə, bu məqsədlə hökumətin proqramının müəlliflərinin səhvlərini dəqiq və düzgün göstərən "İşıqlı Ermənistan" fraksiyası seçilib. Amma bunu müzakirə etmək əvəzinə, "Mənim addımım" bloku respublikaçıların sevimli metodunu seçdilər - parlamentdə kəmiyyət üstünlüyündən istifadə edərək mənəvi və psixoloji təzyiqlər göstərmək.
"Ermənistanda bundan əvvəlki çağırışda Respublika Partiyası parlamentində mütləq əksəriyyəti təşkil edirdi və onlar müxalifətin tənqidini tamamilə hesaba almırdılar. Düşünürdülər ki, hər şey onların əlindədir. Təəssüflər olsun ki, bu günkü parlamentdəki əksəriyyət bənzər bir taktika seçib”, erməni ekspert əlavə edib.
Badalyanın sözlərinə görə, “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” fraksiyaları müxtəlif səbəblərdən, o cümlədən saylarının azlığına görə Paşinyan fraksiyasına effektiv təsir göstərə bilməyəcəklər. Hakimiyyət müxalifətin təşəbbüsləri və təkliflərini yalnız onların üçün əhəmiyyətli olmayan məsələlərdə qarşılayacaq.
Qeyd edək ki, Ermənistan parlamentində hökumətin proqramının müzakirələri zamanı "İşıqlı Ermənistan" fraksiyasının üzvləri sənəddə rəqəmlər və göstəricilərin olmadığını, ölkə qarşısında duran əsas vəzifələrin həlli üçün model və mexanizmlərin əks etdirmədiyini bildiriblər. Fraksiyanın rəhbəri Edmon Marukyan hakimiyyətin parlament blokunu dözümsüzlük göstərməkdə ittiham edib.
P.S.