Ermənistan prezident idarəçiliyinə qayıdır? - Mirzoyandan açıqlama | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan prezident idarəçiliyinə qayıdır? - Mirzoyandan açıqlama

16:10 - 19 / 02 / 2019
Ermənistan prezident idarəçiliyinə qayıdır? - Mirzoyandan açıqlama

Ermənistan parlament idarəçilik formasını saxlayacaq.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu parlamentin spikeri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, konstitusiya dəyişikliyi mümkündür, lakin şəxsi düşüncəsi belədir ki, bu, ölkənin yarım prezidentlik idarəçilik formasına dönməsi qədər geniş olmamalıdır.

"Biz mövcud parlament modelini saxlamaq üçün hər cür səy göstərməliyik", Mirzoyan deyib.

Əlavə edib ki, "Mənim addımım" blokunun gündəliyində konstitusiya dəyişiklikləri  məsələsi var, lakin onların konsepsiyası hələ ki, dəqiqləşdirilir.

Mirzoyan qeyd edib ki, prezidentin səlahiyyətlərinə yenidən baxılması mümkündür, amma ən vacib olanı Seçki Məcəlləsinin islahatıdır.

Xatırladaq ki, ölkənin yarım prezidentlik formasına qaytarılması ilə bağlı referendum keçirilməsi təşəbbüsü ilə Ermənistanın birinci prezidenti  Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Milli Konqresi partiyası çıxış edib.

P.S.

Paylaş:
783

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər