ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər

17:15 - 19 / 02 / 2019
ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər

ABŞ polisi mobil telefonların təmiri mağazasının sahibi olmuş azərbaycanlı gənc Elçin Xəlilovun qatili Tayron Lamark Milleri Texas ştatının Dallas şəhərində həbs edib.

Elçin bu il yanvarın 14-də, səhər saatlarında Şimali Karolina ştatının Şarlott şəhərində yerləşən öz mağazasında qarət cəhdi zamanı qətlə yetirilib.

Azərbaycanlı gəncin qətlindən sonra polis Millerin videosunu yayıb və Federal Təhqiqat Bürosu qatilin həbs olunması üçün onun yeri barədə informasiya verənlərə 15 min dollar məbləğində mükafat təyin edib. Qatilə qarşı adam öldürmə, təhlükəli silahla qarət və odlu silah gəzdirmə maddələri üzrə cinayət işi qaldırılıb. Polisin məlumatına görə, Miller mağazanı qarət edərkən Elçin heç bir müqavimət göstərməyib. Xəlilov xəstəxanaya çatdırılıb və boyun nahiyəsindən aldığı yaradan dünyasını dəyişib. 29 yaşlı azərbaycanlı gənc əslən Sumqayıt şəhərindən olub.

AZƏRTAC

ABŞ-da azərbaycanlı iş adamı güllələnib – VİDEO

ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən AÇIQLAMA – FOTO

S.Xankişiyeva

 

Paylaş:
617

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər