Yerevan Dövlət Universitetində genişmiqyaslı pozuntular aşkarlanıb
Erməniistan polisi Yerevan Dövlət Universitetində genişmiqyaslı qanun pozuntuları aşkarlayıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, keçən ilin noyabr-dekabr aylarında universitetdə daxil olmuş məlumat əsasında yoxlamalar aparılıb.
Nəticədə bir sıra pozuntular aşkar edilib.
Müəyyən edilib ki, universitetin 18 əməkdaşı 2015-18-ci illərdə müxtəlif aylar ərzində faktiki olaraq işə gəlməyiblər, uzun müddət Ermənistandan kənarda olublar. Onların olmaması nəinki iş vaxtının hesablanmasına təsir edib, hətta rəsmi sənədlərə bilərəkdən yanlış məlumatlar da daxil edilib.
Nəticədə 18.000.000 milyon dram silinib. Həmçinin, müəyyən edilib ki, universitet ərazisindəki şirkətin icarə ödənişləri qismən qeydə alınıb, nəticədə 9.200.000 drama təyin edilib.
Universitetlə əməkdaşlıq edən bir təşkilatın rəhbəri hüquq-mühafizə orqanlarına bildirib ki, onlar ali məktəb rəhbərliyi ilə tikinti işlərinin aparılmasına dair müqavilə bağlamaq barədə razılığa gəliblər. Eyni zamanda universitet rəhbərliyinin nümayəndəsi (söhbət rektor Aram Simonyandan gedir) 10 min dollar məbləğində mülkiyyət şəklində rüşvət alıb - tikinti şirkətinin rəhbəri bu şəxsin mənzilini və bağ evini təmir edib, istilik sistemi quraşdırıb. Əvəzində şirkət universitetlə 400 milyon dram həcmində müqavilə imzalayıb.
Faktlar əsasında cinayət işi açılıb, iş istintaq komitəsinə göndərilib.
P.S.