31 yaşlı kişi ona hücum edən pumanı boğaraq öldürdü – VİDEO | 1news.az | Xəbərlər
Dünya

31 yaşlı kişi ona hücum edən pumanı boğaraq öldürdü – VİDEO

16:38 - 20 / 02 / 2019
31 yaşlı kişi ona hücum edən pumanı boğaraq öldürdü – VİDEO

ABŞ-da 31 yaşlı kişi pumanın hücmuna məruz qalıb.

1news.az-ın məlumatına görə, hadisə fevralın 4-də Fort-Kollins şəhərinin yaxınlığında baş verib. Belə ki, Trevis Kaufman adlı kişi şəhərin yaxınlğındakı parkda qaçarkən pumanın hücumuna məruz qalıb.

Özünü itirməyən Trevis ağac və daşla özünü müdafiə etməyə çalışsa da, bunun xeyri olmayıb. Sonda ayağı ilə pumanın boğazını sıxaraq onu öldürməyi bacarıb. Daha sonra isə özünü yaxınlıqdakı xəstəxanalrdan birinə çatdırıb.

Az sonra polis əməkdaşları hadisənin baş verdiyi yerdə çəkisi 36 kq olan pumanın cansız bədənini tapıblar.

Park əməkdaşları hesab edirlər ki, Trevis düzgün hərəkət edib və özünü pumadan qorumaq üçün onu öldürüb.

Məlumata görə, 1990-cı ildən bu yana pumanın insanlara 16 hücum faktı qeydə alınıb ki, bunların 3-ü insan ölümü ilə nəticələnib.

Qeyd edək ki, adətən pumalar insanlara hücum etmirlər. Son vaxtlar onların insanlara hücumlarının sayının artması isə insanların vəhşi təbiətlə təmasının artması ilə izah edirlər.

1news.az

Paylaş:
798

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər