Koçaryanın oğlu MTX direktorunu məhkəməyə verir
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyanı məhkəməyə verməyə hazırlaşır.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə ikinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan deyib.
"Bu faktı təsdiqləyə bilərəm. Mən bilirəm ki, onlar təqsirsizlik prezumpsiyasının kobud şəkildə pozulması ilə əlaqədar məhkəməyə müraciət edəcəklər", - Soqomonyan əlavə edib.
O vurğulayıb ki, iddia yaxın günlərdə təqdim olunacaq, vəkillər digər detallar barədə bəyanat yayacaqlar.
Xatırladaq ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Koçaryan oğlu Sedrak Koçaryana qarşı cinayət işi ilə bağlı təfərrüatları açıqlayıb. O, böyük məbləğdə vergi ödəməkdən yayınmaqda, qeyri-qanuni yolla külli miqdarda pul vəsaitləri əldə etməkdə ittiham olunur.
P.S.