"Yeni himn Ermənistanı emiqrasiya və yoxsulluqdan xilas etməyəcək"
Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan yeni himnin ən yaxşı mətninin yazılması və bununla bağlı işçi qrupunun yaradılması üçün müsabiqənin başladığını elan edib.
1news.az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistanda” dərc edilmiş məqalədə sonsuz mitinqlərin, yeni himnin əhalini yoxsulluqdan, emiqrasiyadan xilas etməyəcəyi vurğulanıb.
“Gəminin uğurlu bir səfər üçün adı, əlbəttə ki, vacibdir, amma onun idarə olunmasını bacaran heyətin olması daha mühümdür.
Ermənistan əhalisi yoxsulluğun öhdəsindən gəlmək və durumlarının necə olacağını aydınlaşdırmağa çalışarkən, hökumət dairələrində hər şey olduğu kimi davam edir. Son 30 ildə olduğu kimi insanlarla hökumətin kiçik bir əlaqəsi də yoxdur.
Çörəyin qiyməti artıb, banandan danışmağa dəyməz, demək, növbəti dəfə qiymətlər uçacaq, ancaq yoxsulluq başda oturanlar tərəfindən diqqətə alınmır.
Deməli, insan bədəninin ən həssas orqanı indiyə qədər biz ağılsızların düşündüyü yox, məhz cibdir”, deyə məqalədə qeyd edilib.
İstehza ilə vurğulanıb ki, bütün bunlar Ermənistanın yeni himninin mətni ilə bağlı elan edilən müsabiqəyə nisbətdə çox xırda hallardır:
“Bunu indi nəyə görə etməyin lazımlı olduğu ancaq prosesin təşəbbüskarına məlumdur. Baxmayaraq ki, Alen Simonyanın özü də ölkənin həll edilməmiş problemləri - iqtisadiyyat, Qarabağ məsələsi, daxili siyasi həll edilməmiş problemlər haqqında danışır ...
Yalnız İrəvanda hər gün neçə-neçə mənzillərin, mağazaların qarət edildiyi bir vaxtda əlbəttə, himnin dəyişdirilməsi məsələsi ilə məşğul olmağın tam zamanıdır.
Statistika Komitəsinin məlumatına görə, rəsmi rəqəmlər son 30 ildə ölkə əhalisinin sayı kəskin azalıb, xüsusilə 2018-ci ildə ölkəmizdə əhalinin sayı 7,6 min nəfər azalıb. Hindistanlı dostlarımızın repatriasiyası nəzərə alınmasa, emiqrasiya davam edir.
Yeni himnin sözləri və ya siqaretə tam şəkildə qadağa qoyulması yoxsulluq aradan qalxmayana qədər insanların ölkəni tərk etməyəcəklərinin qarşısını almayacaq.
Və martın 1-də növbəti mitinq-yürüşə şahidlik edəcəyik. Burada, ehtimal ki, "1 mart hadisəsi" tam olaraq açıqlanacaq - bu ya beşinci, ya da altıncı dəfədir deyilir, sayı artıq itirmişik.
Ölkəmiz demoqrafik bir böhrana yaxınlaşır. Bəlkə artıq yetər bunların günahkarlarının kim olduğunu - əvvəlki hakimiyyət orqanları, daha köhnələr və ya bütün bunları başlayan birinci olduğunu aydınlaşdırmaq".
P.S.