Həbsdə olan general Qriqoryanın oğlunun evini soyublar
Həbsdə olan general Manvel Qriqoryanın oğlunun evi soyulub.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın Armavir əyalətinin istintaq orqanı böyük miqyasda oğurluqla bağlı cinayət işinə başlayıb.
Məlumata görə, Eçmiədzin Ripsim Akobyan polisə müraciət edərək, 23 fevralda evə gələrkən birinci mərtəbədəki pəncərənin çərçivəsinin sındırıldığını görüblər.
Onun sözlərinə görə, naməlum şəxs və ya şəxslər evdən bahalı əşyalar, rəsmlər, digər əşyalar, o cümlədən onun həyat yoldaşı Karen Qriqoryanın paltarlarını, Vinchester markalı tapança və onun sənədlərini oğurlayıblar.
Polis cinayəti törədənlərin kimliyini müəyyənləşdirmək üçün tədbirlər həyata keçirir.
Qeyd edək ki, ötən həftə Qriqoryanın anasının da evi qarət olunub.
P.S.