Mümkünsüz mümkün olanda: İmişlidən olan benzindolduran futbol ulduzları ilə bir meydanda – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Mümkünsüz mümkün olanda: İmişlidən olan benzindolduran futbol ulduzları ilə bir meydanda – FOTO – VİDEO

14:35 - 01 / 03 / 2019
Mümkünsüz mümkün olanda: İmişlidən olan benzindolduran futbol ulduzları ilə bir meydanda – FOTO – VİDEO

Bu bazar Bakıda dünya futbolunun ulduzları –  yalnız televiziya ekranlarından görməyə öyrəşdiyimiz eks-futbolçular toplaşacaq.

Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, Andrey Arşavin – əsl arzulanan komanda. “Çelsi”, “Barselona”, “Real”, “Milan”, “Liverpul”, “Arsenal”, “Real Sosyedad” – bu futbolçuların karyeraları boyu oynadıqları klublardır.

Bakıda Avropa Liqasının finalının keçirilməsi münasibətilə bir sıra sürprizlər gözlənilir. Artıq martın 3-də, saat 12:30-da Bakıda, şəhərin mərkəzində “Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma keçiriləcək. Oyunda yaşıl meydanın yerli və əcnəbi oyunçuları öz güclərini nümayiş etdirəcəklər.

Yerli komandaya Azərbaycan futbolunun veteranları – Nazim Süleymanov və Vəli Qasımovla yanaşı, Regional Liqanın futbolçularından biri və iki nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bununla yanaşı, media nümayəndəsi kimi İTV komandasının kapitanı – “İntellektuallar klubu”nun qalibi Tural Dadaşov təmsil edəcək.  

Regional Liqadan “Füzuli” komandasının qolkiperi Şöhlət Rəhimov seçiləcək. Belə ki, ötən mövsümdə “Füzuli” Regional Liqada üçüncü yerin qalibi olmuşdu. Şöhlət Rəhimov isə liqanın ən yaxşı qapıçısı adına layiq görülmüşdü.

Şöhlət Rəhimovun olduqca maraqlı və təəccüblü həyat hekayəsi ilə tanış olduqda həyatda heç nəyin mümkünsüz olmadığının, məqsədyönlülük və zəhmətkeşliyin sonda mükafatlandırıldığının şahidi olduq.

Bir neçə gün öncə ola bilsin ki, bu futbolçunu heç kəs tanımırdı. O, karyerasına “MKT-Araz”da başlayıb. Və bir müddət sonra burada işlər yolunda getmir, ona elə gəlib ki, sanki peşəkar futbol ilə hər şey bitib.  

Şöhlət Rəhimov – İmişli şəhərində yanacaqdoldurma məntəqəsində işləyən benzindoldurandır. O, Azərbaycanın premyer liqasında bir dəfə də oynamayıb. Və dünya futbolunun ulduzları ilə bir meydanda oynayacağını xəyal belə edə bilməzdi.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalı sadə insanların həyatında əsl bayrama çevriləcək. Bunlardan biri də “Füzuli” komandasının həvəskar qapıçısı Şöhlət Rəhimovdur.  

CBC Sport Şöhlət Rəhimovla bağlı reportaj hazırlayaraq gənc qapıçıdan bəhs edib:

“Bu matçda oynayacağımla bağlı eşidəndə çox sevindim. Bu işdə əməyi keçən hər kəsə  minnətdarlığımı bildirirəm. Xüsusilə də “Füzuli” klubunun rəhbəri Vasif müəllimə təşəkkürümü bildirirəm”, - deyə Şöhlət ilk təəssüratlarını bölülüb:

“6 yaşımdan futbol ilə oynamağa başlamışam. Hər bir insanın həyatında yaxşı və çətin günləri olur. O zamnlar ailəmin mənə top almaq imkanı yox idi. Bəzən parçadan hazırlanmış topla oynamaq məcburiyyətində qalırdım.

Sonra isə “MKT-Araz” komandasında məşq etməyə başladım. Bir neçə məşqçim oldu. Azərbaycanın Birinci divizyonunda oynadım. Sonra isə işlə futbol bir araya gətirə bilmədiyimdən komandadan uzaqlaşdım.

Bir müddət sonra “Füzuli” klubundan təklif aldım. Təklifi böyük məmnuniyyətlə qəbul etdim. Yatsam, yuxma belə girməzdi ki, nə zamansa dünya futbolunun ulduzları ilə bir meydanda oynaya bilərəm. Onlara hər zaman televizordan baxmışam. Çox xoşbəxtəm ki, onlara qarçı oynayacağam”.

Şöhlət Rəhimovun 26 yaşı var. Qapıçının yaşı olmur. Kim bilir, bəlkə də bu matç ona böyük futbola gəlişində yol açacaq.

Dünya futbol ulduzları Bakıya gəlir – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1367

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər