Paşinyan erməni xalqından üzr istədi | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan erməni xalqından üzr istədi

12:12 - 01 / 03 / 2019
Paşinyan erməni xalqından üzr istədi

Ermənistan korrupsiyaya, siyasi təqibə, insan hüquqlarının pozulması hallarına bir daha qayıtmayacaq.

1news.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan 1mart 2008-ci il hadisələrinin ildönümü ilə bağlı müraciətində bildirib.

O deyib ki, keçmişə qayıtmaq mümkün deyil.

“2008-ci il 1 mart hadisələrindən 11 il keçdikdən sonra baş verənləri qiymətləndirmək son dərəcə vacibdir.  2008-ci ildə hakim elitanın hərəkətləri ayrı bir qüvvəyə, şəxsə yönəldilmişdi. Bu, şiddət və qanunsuzluq Ermənistan vətəndaşına, onun hüquqlarına, ləyaqətinə, azadlığına qarşı yönəlmidi”, - Paşinyan deyib.

Paşinyan Ermənistan dövlət adından həmin hadisələrə görə üzr istəyib. Həmçinin, müraciətində əvvəlki hakimiyyətlər tərəfindən edilən seçki saxtakarlığı, qanunsuzluqlar, korrupsiya və siyasi qətllərə görə də üzr istəyib:

"Bizim missiyamız Ermənistanı hüquqi və ədalətli, həqiqət və dəyərlər ölkəsinə çevirməkdir. Və biz bu missiyadan bir milimetr də kənara çıxmayacağıq".

P.S.

Paylaş:
687

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər