Erməni bloqqeri zubil qutusuna atmaq istədilər | 1news.az | Xəbərlər
Ermənistan

Erməni bloqqeri zubil qutusuna atmaq istədilər

10:51 - 04 / 03 / 2019
Erməni bloqqeri zubil qutusuna atmaq istədilər

Ermənistanda bloqqer Narek Malyana evinin yaxınlığında "Restart” təşəbbüs qrupunun üzvləri tərəfindən hücum edilib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, 10 nəfər evinin girişində onu gözləyib, sonra isə üstünə hücum edərək çəkməyə başlayıblar.  Polis hadisəyə müdaxilə edib və onların hamısı Kentron polis mərkəzinə aparılıblar.

Qeyd edək ki, Narek Malyan İrəvan Dövlət Universitetinin rektorunu müdafiə edir, “Restart” isə rektor Aram Simonyana qarşı müxtəlif aksiyalar aparır.

“Restart”ın üzvlərindən olan Dav Simonyan Malyanı zibil qutusuna atmağa" cəhd göstərildiyini, lakin polisin mane olduğunu bildirib.

Hərəkat üzvləri bəyan ediblər ki, bu hücum deyildir, aksiyanın həyata keçirilməsidir, “zibil zibil qutusunda olmalıdır”.

P.S.

Paylaş:
452

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər