Paşinyan: Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə mövqeyini Azərbaycana çatdırıb | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan: Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə mövqeyini Azərbaycana çatdırıb

09:51 - 05 / 03 / 2019
Paşinyan: Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə mövqeyini Azərbaycana çatdırıb

Biz uzunmüddətli sülhün əldə edilməsinə yönəlmiş konstruktiv dialoqa sadiqik.

1news.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan EurActiv-ə müsahibəsində deyib.

O bildirib ki, bölgədəki xalqları münaqişənin sülh yolu ilə həll edilməsinə hazırlamaq məqsədilə həll prosesinin bütün tərəfləri, yəni Ermənistan, Dağlıq Qarabağ (Azərbaycanın işğal edilmiş ərazilələrində yaradılmış separatçı qurum) və Azərbaycanın maraqlarını nəzərə alınmalıdır.

Paşinyan yenə də sülh danışıqlarına xələl gətirəcək təxribat xarakterli fikirlər səsləndirib. Deyib ki, yekunda Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi və orada yaşayanların təhlükəsizliyini təmin etmək üçün Qarabağı danışıqlara cəlb etmək lazımdır.

"Əlbəttə ki, biz sülh prosesinə yeni bir məzmun vermək istəyirik və artıq həmsədrlər vasitəsilə Azərbaycan tərəfinə özmövqeyimizi  təqdim etmişik. Sülh regionumuzun bütün ölkələrinin maraqlarına cavab verir və davamlı, uzunmüddətli sülh əldə etmək üçün səy göstərməyə hazırıq ", - Paşinyan qeyd edib.

P.Sultanova

 

Paylaş:
460

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər