Qriqoryan xəstəxanadan buraxılıb
Ermənistan parlamentinin sabiq deputatı Manvel Qriqoryan "Nair" tibb mərkəzindən buraxılıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Qriqoryanın vəkili Levon Baqdasaryan bildirib.
Vəkil deyib ki, Qrigoryan xəstəxanadan çıxarılaraq həbsxanaya qaytarılıb və vəziyyəti ağırlaşacağı halda müalicəsi davam edəcək.
Xatırladaq ki, fevralın 7-də Yerevan-Ketron penitensiar müəssisəsində məsləhətləşmə keçirilib və Qriqoryanı tibb mərkəzinə göndərmək qərarına gəlinib.
P.S.
433