Abbas İbrahimov: Azərbaycan Beynəlxalq Bankı yeni Strateji İnkişaf Planını hazırlayır – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Abbas İbrahimov: Azərbaycan Beynəlxalq Bankı yeni Strateji İnkişaf Planını hazırlayır – VİDEO

12:00 - 05 / 03 / 2019
Abbas İbrahimov: Azərbaycan Beynəlxalq Bankı yeni Strateji İnkişaf Planını hazırlayır – VİDEO

Son aylar bankların fəaliyyətində canlanma müşahidə edilməkdədir. Bu dinamika, ölkəmizin bank sektorunda əhəmiyyətli rola malik Azərbaycan Beynəlxalq Bankında xüsusilə nəzərə çarpır. Elə bu müsahibədə də adı çəkilən bankın mövcud durumuna, gələcəklə bağlı planlarına nəzər salmağa çalışacağıq.

İlk sual, təbii ki, son günlərin ən önəmli hadisəsi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə olacaq.

Müsahibimiz Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimovdur:

-Abbas müəllim, fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı. Bununla dövlət öz vətəndaşlarına kifayət qədər ciddi bir problemin həllində çox böyük dəstək verdi. Bəs bu Fərman banklar üçün hansı müsbət təsirləri yaradacaq?

-Bu Fərman, ölkənin sosial-iqtisadi həyatında, həqiqətən çox mühüm hadisədir. Müvafiq dövlət qurumları tərəfindən verilən açıqlamalara görə, dövlətimizin bu dəstəyi 800 mindən artıq vətəndaşı əhatə edəcək. Təbii ki, Fərman, ilk növbədə, əhalinin maliyyə itkilərinin qarşılanmasına, borc yüklərinin yüngülləşdirilməsinə və vətəndaşların sosial-rifah halının yaxşılaşdırılmasına xidmət edir. Vətəndaşlarımızla yanaşı, bu fərmanın ölkəmizin bank sektoruna da çox müsbət təsirləri olacaq. Bildiyiniz kimi, devalvasiyadan sonrakı müəyyən bir dövrdə banklarımızın maliyyə vasitəçisi kimi mövqeyi zəifləmişdi. Bu addım sayəsində banklarımızın kapital mövqeyi güclənəcək. Problemin həlli üçün Fərmanda irəli sürülmüş ən optimal model sayəsində vətəndaşlar borc yükündən azad olmaqla yanaşı, banklar da böyük həcmdə likvid vəsaitlər əldə edəcəklər. Bununla kreditləşmə fəaliyyəti güclənəcək, yeni biznes layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar yaranacaq.

-2018-ci ilin nəticələrinə nəzər salaq. Azərbaycan Beynəlxalq Bankı ili hansı nəticələrlə başa vurdu?

-Ötən il üzrə fəaliyyət göstəricilərimizi bir müddət əvvəl mediada və internet səhifəmizdə elan etmişik. Qısaca onu deyim ki, nəticələr müsbətdir. Azərbaycan Beynəlxalq Bankı ili 426 milyon manat xalis mənfəətlə başa vurub. Ötən illərdə dövlət tərəfindən sağlamlaşdırma tədbirləri çərçivəsində aparılmış maliyyə əqdlərinin nəticələri çıxılmaqla, bankın sırf əməliyyat fəaliyyətindən əldə etdiyi xalis mənfəət 200 milyon manat ətrafındadır. 

İlin sonuna bankın aktivləri 8 milyard manata yaxın olub. Kapital mövqeyi daha da möhkəmlənib, il ərzində bankın kredit portfeli 8%-dən çox artaraq 1.9 milyard manata çatıb.

Bütün bunlar, bir tərəfdən banka verilən dövlət dəstəyinin, digər tərəfdən də fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması üçün həyata keçirilən tədbirlərin nəticəsidir. Əlbəttə, yeni inkişaf mərhələsində olan bank üçün bütün bunlar hələ, sadəcə, gözəl bir başlanğıcdır. Bankımızda inkişaf prosesləri sürətlə davam etdirilir və daha böyük hədəflərə doğru irəliləyirik.

-Bankın bir neçə il əvvəl üzləşdiyi çətinliklərdən artıq tam xilas olduğunu söyləmək olarmı?

-Bəli, böyük əminliklə bunu söyləyə bilərik. Ötən 2 ildə həyata keçirilən sağlamlaşdırma tədbirləri və müştərilərimizin bizə olan inam və etibarı sayəsində çətinliklər geridə qaldı. Bankın aktiv və öhdəliklərinin restrukturizasiyası prosesi uğurla başa çatdırıldı. Həm maliyyə və kadr sağlamlaşdırılması, həm əməliyyat effektivliyi baxımından çox mühüm addımlar atıldı. Bütün bunların müsbət təsirlərini artıq müştərilərimiz və tərəfdaşlarımız hiss edir.

-Azərbaycan Beynəlxalq Bankının inkişafı üçün indi hansı işlər görülür?

-Biz ölkənin ən iri bankıyıq və bu həm də böyük məsuliyyətdir. Bu o deməkdir ki, biz öz inkişafımızla yanaşı, sektorun inkişafında və modernləşməsində də yaxından iştirak etməliyik. Ötən il “Müasir dövlət bankınız” şüarı ilə ictimaiyyət qarşısına çıxaraq Azərbaycan Beynəlxalq Bankında yeni dönəmin başlandığını rəsmən elan etdik. Bankımızı müasir bankçılıq trendlərinə uyğunlaşdırmaq və  müştərilərimizə daha keyfiyyətli xidmət göstərmək üçün bütün komandamız var gücü ilə çalışır. İlin birinci yarısında yeni, çoxfunksiyalı kart məhsulumuzu təqdim edəcəyik. Bu kart bazara maraqlı yenilik gətirəcək və xüsusi brend adı olacaq. Düşünürəm ki, müştərilərimiz bu məhsulumuzu böyük maraqla qarşılayacaqlar. Beynəlxalq ödəniş sistemləri ilə tərəfdaşlıq əsasında indi ölkəmiz üçün tamamilə yeni olan 2 innovativ məhsul üzərində də çalışırıq. Bazarda nağdsız ödəniş vərdişlərinin formalaşdırılmasına töhfə vermək məqsədilə bir sıra ardıcıl tədbirlərimiz nəzərdə tutulur.

Korporativ bankçılıq istiqamətinə gəldikdə isə, Azərbaycan Beynəlxalq Bankı ənənəvi olaraq həmişə bizneslər üçün güclü əməliyyat bankı olub. Ötən ildən etibarən həm iri, həm də kiçik və orta sahibkarlıq subyektlərinin biznes layihələrinin maliyyələşdirilməsində aktiv rol almağa başlamışıq. İl ərzində bizneslərə 500 milyon manata yaxın kredit və qarantiyalar verilib. Hazırda müştərilərimizin çalışdıqları sektorun xüsusiyyətlərinə uyğun olaraq bütün bank ehtiyaclarını – kredit xəttindən qarantiyalara, əmək haqqı kartlarından POS terminaladək -  ən sərfəli və çevik şəkildə qarşılayan xüsusi məhsul paketləri üzərində işləyirik.

-Bəs müştəri xidməti keyfiyyətinin artırılması üçün hansısa layihələriniz varmı?

-Bu istiqamətdə xeyli işlər görülüb və bu işləri yenə davam etdiririk. Müştəri xidməti ilə məşğul olan əməkdaşlarımız xüsusi hazırlanmış təlim proqramlarına cəlb olunur, müştəri məmnuniyyətinin ölçülməsi və artırılması istiqamətində müasir alətlər tətbiq olunur. Müraciətlər və şikayətlərlə işləyən strukturumuzu və biznes proseslərimizi tamamilə yenidən qurmuşuq. Bu, bizə imkan verir ki, müştərilərimizi daha tez eşidək və sürətli reaksiya verək.  Bunlarla yanaşı, xidmət keyfiyyətinin artırılması ilə bağlı bankda bir sıra infrastruktur layihələri həyata keçiririk. Əmək haqqı və sosial ödənişləri bizdən alan müştərilərə ən yaxşı xidməti göstərmək üçün regionlarda inkassasiya mərkəzlərinin qurulmasına başladıq. Ötən il Yevlax inkassasiya mərkəzini istifadəyə verdik. Bu mərkəz hazırda mərkəzləşdirilmiş qaydada 17 regiona və 80 bankomata xidmət göstərir. Əvvəllər kənarda yerləşən bankomatlara da xidməti filiallar göstərdiyi üçün bəzən problemlərlə üzləşirdik. Ən böyük bankomat şəbəkəsinə malik bank kimi, bu il də regional inkassasiya mərkəzlərinin yaradılmasını davam etdirəcəyik.  Digər bir mühüm addım, filialların yenilənməsi proqramıdır. Proqram çərçivəsində xidmət ofislərimizdə yeni struktur, biznes proseslər və yanaşmalar tətbiq edilir. Pilot olaraq bu layihəni Nərimanov filialında tətbiq edirik. İyun ayınadək yenilənmiş filialımızı müştərilərin xidmətinə təqdim edəcəyik. Müştərilərimiz tam yenilənmiş, müasir texnologiyalarla təchiz olunmuş, sürətli və çevik xidmətə zəmin yaradan yerləşmə və şəraitlə qarşılaşacaqlar. Bu modeli tədricən bütün filiallarımızda tətbiq etməyi nəzərdə tuturuq. Müştəri məmnuniyyətinin artırılması məqsədilə ön ofis əməkdaşlarımızın istifadə etdiyi proqram təminatını yeniləyirik. Bankın alternativ xidmət kanalları, o cümlədən IBAm Mobil Bank tətbiqi, ödəniş terminalları və bankomat şəbəkəsində təqdim olunan məhsul və xidmətlərin çeşidliliyinin və keyfiyyətinin daha da artırılması üçün investisiyalar edirik.  

-Digər bir yaddaqalan hadisə də Azərbaycan Beynəlxalq Bankının ötən ilin sonlarına doğru təqdim etdiyi yeni imic çarxı oldu. Xüsusilə sosial şəbəkələrdə çox maraqla qarşılanan və bəyənilən bu çarxla bank cəmiyyətimizə hansı mesajları vermək istəyirdi?

-Bu imic çarxı, onun təqdimatında da qeyd etdiyimiz kimi, çətin günlərdə Azərbaycan Beynəlxalq Bankına dəstək vermiş dövlətimizə, bizə inanaraq çətinlikləri geridə qoymağımızda kömək göstərən ölkəmizin insanlarına bir təşəkkür borcumuz idi. Bununla həm də cəmiyyətin diqqətini bu gün Azərbaycan Beynəlxalq Bankında gedən müsbət inkişaf meyllərinə yönəltdik. İstədik insanlarımız bilsinlər ki, bankın üzləşdiyi çətin günlər artıq geridə qalıb. Azərbaycan Beynəlxalq Bankı bu gün ayaqdadır, inkişaf edir, ölkəmizin bütün insanlarına xidmət göstərir, sosial-iqtisadi həyatın bütün sahələrində faydalı olmağa çalışır.

-Azərbaycan Beynəlxalq Bankının gələcək fəaliyyət istiqamətlərində hər hansı dəyişiklik gözlənilirmi?

-Hazırda bankın növbəti 3 il üzrə Strateji İnkişaf Planı üzərində işləyirik. Bu işdə bizə dəstək olması üçün ilin əvvəlində ölkəmizdə yerli ofisi olan nüfuzlu beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq etməyə başlamışıq. Konsultant komandasında İngiltərə, Türkiyə və Rusiya kimi qabaqcıl bank təcrübəsi olan ölkələrdən peşəkarlar iştirak edir. Artıq 2 aya yaxındır ki, onlarla birlikdə bu layihə üzərində işləyir, ilin birinci yarısında layihənin başa çatmasını planlayırıq. Yeni strategiyamız və bundan irəli gələn Fəaliyyət Planımız təsdiqlənən kimi ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.   

-Bu o deməkdir ki, sizə güclü kadrlar da lazım olacaq. İşçilərinizi seçərkən daha çox hansı profilli kadrlara üstünlük verirsiniz ?

-Əslində son 2 ildir ki, biz bazarda ən aktiv işəgötürənlərdən biriyik. Bir tərəfdən müştərilərimizə daha keyfiyyətli xidmət göstərmək üçün ön ofis əməkdaşlarını, digər tərəfdən, fəaliyyətimizin səmərəliliyinin artırlması və bankın inkişafı ilə bağlı layihələrdə dəstək olacaq arxa ofis əməkdaşlarını işə cəlb edirik. Yəni, məhdud bir profil yoxdur. Məsələn, bu yaxınlarda təsis edilmiş Rəqəmsal innovasiyalar strukturu üçün “Machine learning” və süni intellekt sahəsində bilik və təcrübəyə malik peşəkarlar axtarırıq. Hər bir halda isə namizədlərin bəzi keyfiyyət və dəyərlərə malik olmasına önəm veririk. Bunlar  şəffaflıq, dürüstlük, əzmkarlıq və komandada işləmə qabiliyyətidir. Mən özünə güvənən bütün gəncləri Azərbaycan Beynəlxalq Bankının elan olunmuş vakansiyalarında özlərini sınamağa dəvət edirəm. Ümumilikdə, məqsədimiz bankımızın nəinki bank sektoru, bütövlükdə kadr bazarında “ən yaxşı işəgötürən” imicini formalaşdırmaq və namizədlərin bir nömrəli seçimi olmaqdır. 

-Azərbaycan  Beynəlxalq Bankı hazırda xaricdən vəsait cəlb edirmi? Ümumiyyətlə, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq əlaqələri nə yerdədir?

-Hazırda Azərbaycan Beynəlxalq Bankı kifayət qədər likvid vəsaitlərə malik olduğundan xaricdən belə bir cəlbetməyə ehtiyac yoxdur. Beynəlxalq maliyyə institutları, o cümlədən ödəniş sistemləri ilə əməkdaşlıq əlaqələrimiz isə daha da inkişaf edir və genişlənir. Bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Bankı ən çox beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Elə bu günlərdə Union Pay beynəlxalq ödəniş sisteminin kartlarının emissiyasına başladıq. Bundan başqa, American Express ödəniş sistemi ilə eksklüziv tərəfdaşlığımızın müddəti növbəti 6 il müddətinə uzadıldı. Azərbaycan Beynəlxalq Bankı ABŞ-ın dörd bankında müxbir hesabları olan yeganə Azərbaycan bankıdır. Yeni əməkdaşlıq perspektivlərini həmişə dəyərləndirməyə çalışırıq və bu, gələcəkdə də belə olacaq. Bütün bu əməkdaşlıqlar, beynəlxalq əlaqələr, təbii ki, müştərilərimizə xidmət üçündür. Bu əlaqələr həm korporativ, həm də fərdi müştərilərimizin əməliyyatlarını çevik, rahat və yüksək keyfiyyətlə yerinə yetirməyimizə şərait yaradır.

-Sonda törəmə təşkilatlar barədə sual vermək istərdik. Azərbaycan Beynəlxalq Bankının indi hansı törəmə müəssisələri aktiv fəaliyyət göstərir ?

-Hazırda səhmləri 100% Azərbaycan Beynəlxalq Bankına aid olan 2 aktiv törəməmiz var - Rusiya bazarında fəaliyyət göstərən “ABB-Moskva” Bankı və ən iri yerli prosessinq mərkəzi olan “Azerikard” MMC.

Rusiyadakı törəməmiz, əsasən, iki ölkə arasındakı ticarət dövriyyəsinə dəstək olmaq məqsədilə ticarət maliyyələşdirməsi və pul köçürmələrində mühüm rol oynayır. “Azerikard” isə ölkəmizdəki 30 yerli bankdan 19-a kart-prosessinq xidməti göstərir. Qeyd etdiyim kimi, hazırda bankımızın yeni inkişaf strategiyası üzərində işləyirik. Törəmə müəssisələrimizin  yeni inkişaf strategiyalarına da bu layihə çərçivəsində baxılır.

Azərbaycan Beynəlxalq Bankının imic çarxı:

Reklam hüququnda

 

 

Paylaş:
1045

Son xəbərlər

Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20
Bütün xəbərlər