Şarmazanov: "Sehrli çubuq” Paşinyanı tamamilə tərk edib
“Sehrli çubuq” Paşinyanı tamamilə tərk edib.
1news.az erməni mətbuatına istinadla bildirir ki, bu barədə Ermənistanın Respublika partiyasının mətbuat katibi, sabiq vitse-spiker Eduard Şarmazanov bildirib.
"İki gündən sonra Paşinyanın baş nazir seçilməsinin 10 ayı tamam olur. Bu 10 ay ərzində onun nəyi vəd edib, nəyi yerinə yetirdiyini müqayisə etməyə çalışacağıq. 10 ay əvvəl öz çıxışlarda Nikol mərhələli şəkildə inkişaf, yoxsulluğun kəskin azalması, iş yerlərinin yaradılması, ədaləti təmin etmək, qürurlu bir xarici siyasət həyata keçirmək, siyasi vendettanın aradan qaldırılması və s. söz verdi.
Bütün bunlara o, "sehrli çubuq"un köməyi ilə nail olmalı idi.
10 ay keçib, biz nəzər salırıq ...
Heç bir inkişaf yoxdur, əksinə, iqtisadiyyat staqnasiya vəziyyətindədir.
Əmək haqqları nəinki artıb, əksinə minlərlə vətəndaş işlərini itirir.
İnvestisiya bumu sözü verdi. Vəd etdiyi investisiyalar haradadır? Yenə də yoxdur.
Qırmızı xətlər və kameralar artıq unudulub.
Və bu, Paşinyanın yerinə yetirmədiyi vədlərinin yalnız bir hissəsidir.
Bunların əvəzinə, Paşinyanın və onun rejimi tərəfindən səhnələşdirilən zəif və səmərəsiz səyahətlərin sayı kəskin şəkildə artır.
İnsanları tamaşalrla yedizdirmirlər. Paşinyan isə vət etdiyi çörəyi vermək iqtidarında deyil.
Paşinyan hətta onun "sehrli çubuğu” da tərk etdi.
Hökumətdə hərəkətsizlik var, parlamentdə isə hökumətə əlavə olmadılarını etiraf belə edə bilmirlər.
Ermənistanda fəaliyyət göstərən xarici agentlərin siyahısını təqdim etməyi tələb edirəm", Şarmazanov əlavə edib.
P.S.