Ovhannisyan: Paşinyan əksinqilabçıların da baş naziri olduğunu artıq anlamalıdır
Paşinyanın yalnız inqilabçıların deyil, əksinqilabçıların da baş naziri olduğunu artıq başa düşmək vaxtıdır.
1news.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sabiq vitse-spikeri, Respublika partiyasının sabiq üzvü Arpine Ovhannisyan bildirib.
O qeyd edib ki, Paşinyan hər bir Ermənistan vətəndaşının qayğısına qalmağa borcludur.
Paşinyanın dövlət idarəetmə sistemində işçilərinin azaldılması barədə açıqlamasına toxunan Ovhannisyan deyib ki, onun sözlərindən belə məlum olur ki, 10.000-dən çox insan işsiz qalacaq və bundan Ermənistan dövləti qazanacaq:
“Dünən baş nazir Nikol Paşinyan nəinki üzr istədi, hətta "əlavə ərzaq"ın nə demək olduğunu açıqlamadı. Və nəticədə cavabsız suallar yaranır.
Əlavə ərzaq hansı meyarlara əsasən qiymətləndirilıcək? Baş nazirə, vitse-primerlərə, nazirlərə belə bir ərzağı təyin etməyi müəyyənləşdir meyar varmı?
Əlavə ərzaq, məsələn, müdafiə və sosial müdafiə sahələrində necə müəyyənləşdiriləcəkdir? Hansı metodla?
Baş nazirin bu suallara cavabı olmadı və hesab edirəm ki, heç vaxt da olmayacaq. Paşinyan ən asan yolu seçib".
P.S.