Finlandiya hökuməti istefa verib | 1news.az | Xəbərlər
Dünya

Finlandiya hökuməti istefa verib

14:06 - 08 / 03 / 2019
Finlandiya hökuməti istefa verib

Finlandiyanın Baş naziri Yuha Sipilanın başçılıq etdiyi hökumət istefa verib.

1news.az xəbər verir ki, ölkə prezidenti Sauli Niiniste hökumətin istefasını qəbul edib.

Qeyd olunur ki, hökumət sosial təminat və səhiyyə sistemində islahatlarla bağlı razılığa gələ bilmədiyi üçün istefaya yollanıb.

Prezident gələn ay keçiriləcək parlament seçkilərinədək Yuha Sipila hökumətinə vəzifələrini icra etmək tapşırığı verib.

1news.az 

 

 

 

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər