Həmməruzəçilər İrəvana gəlir: öhdəliklərin icrasını araşdıracaqlar
AŞPA-nın həmməruzəçiləri Yuliya Leveçkina (Ukrayna) və Andrey Şirtsel (Sloveniya) 12-14 mart tarixlərində Ermənistana səfər edəcəklər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onlar Ermənistanın üzərinə götürdüyü təşkilatın öhdəlikləri yerinə yetirilməsini qiymətləndirəcəklər.
"Parlaq Ermənistan" parlament fraksiyasının rəhbəri Edmon Marukyan bildirib ki, müzakirənin əsas məsələləri daxili siyasi inkişaflar və Ermənistanın yeni hökumətinin prioritetləri, demokratik və sosial islahatlar olacaq.
Həmməruzəçilər Ermənistan prezidenti, parlamentin sədri, baş nazir, xarici işlər, ədliyyə, əmək və sosial işlər nazirləri, baş prokuror, ombudsman, xüsusi istintaq xidmətinin rəhbəri, bütün ermənilərin katolikosu ilə görüşəcəklər.
P.Sultanova