İrəvanda qazlı içkilərin istehsalçıları etiraz aksiyası keçirirlər - VİDEO
Qazlı içkilərin istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirirlər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onlar vergi məcəlləsi layihəsində nəzərdə tutulan vergi yükünün artırılmasına, xüsusilə də, qazlı içkilər üçün daha yüksək qiymətə gətirə biləcək aksiz vergisinə qarşı çıxırlar.
Etirazçıların əlində "Mən limonadın bahalaşmasına qarşıyam", "Mən işsiz qalıram", "Hökumət orta biznesi öldürür", "Qazlı içkilər üçün qiymət artımı yoxdur" və s. şüarlar səsələndiriblər.
P.Sultanova
434