MFL Gəncə Kuboku üçün qeydiyyatın başladığını elan edir - FOTO - VİDEO
Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL planetin ən məşhur idman növünün azarkeşlərini öz ətrafında birləşdirməkdə davam edir.
Bu dəfə tamamilə yeni bir çempionat – “MFL Gəncə Kuboku 2019” start götürür.
Ölkəmizdə futbolun daha da populyarlaşdırılmasını, insanlar arasında sağlam həyatı təbliğ etməyi qarşısına məqsəd qoyan MFL AFFA-nın dəstəyi ilə ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə də həvəskarlar arasında mini futbol turniri keçirməyə qərar verib.
Turnirin məqsədi Gəncədə yaşayan futbol həvəskarlarını ən yüksək səviyyədə təşkil edilən turnir çərçivəsində birləşdirməkdir.
Nəzərinizə çatdıraq ki, McDonald's-ın dəstəyilə “MFL Gəncə Kuboku 2019” adı altında keçiriləcək turnir aprelin 13-də start götürəcək.
Oyunlar həftənin şənbə və bazar günləri keçiriləcək. Turnirdə 32 komandanın iştirakı nəzərdə tutulub.
Arzu edən komandalar heç bir ödəniş etmədən turnirin iştirakçısı ola bilərlər.
Turnirin formatı
Turnirin formatına gəlincə, “MFL Gəncə Kuboku 2019” 6 həftə müddətində Offside meydançalarında kubok sistemi üzrə keçiriləcək.
Yəni, 1/16-da məğlub olan komandalar turnirlə vidalaşacaqlar. Rəqiblərindən üstün olan komandalar isə 1/8 və 1/4 final mərhələsində çıxış etmək imkanı qazanacaqlar.
Yarımfinal mərhələsində isə komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.
Turnirin mükafat fondu
Turnirdə yüksək nəticələr göstərən komandalar və futbolçular üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:
- I yer – 500 manat, qızıl medallar və kubok
- II yer – 300 manat, gümüş medallar
- III yer – 250 manat, bürünc medallar
Bundan əlavə, turnirin bombardiri xüsusi kubokla təltif olunacaq.
Reqlament
Turnirə start verildiyi gün 16 yaşı tamam olmuş hər bir şəxs “MFL Gəncə Kuboku 2019”-da iştirak edə bilər.
Heyətində minimum 8, maksimum isə 10 oyunçu olan istənilən komanda qeydiyyatdan keçə bilər. Onlardan ən azı 2-si qapıçı olmalıdır.
Komandanın kapitanı da göstərilməlidir.
Hər bir iştirakçının şəxsiyyət vəsiqəsinin surəti və kapitanın əlaqə nömrəsi təşkilatçılara təqdim olunmalıdır. Oyun zamanı meydanda 5 sahə oyunçusu və 1 qapıçı olacaq.
Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:
Telefonlar: (070) 269-00-21, (055) 587-53-54
E-mail: [email protected]