ATƏT sədri İrəvana gedir | 1news.az | Xəbərlər
Ermənistan

ATƏT sədri İrəvana gedir

15:53 - 12 / 03 / 2019
ATƏT sədri İrəvana gedir

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistana səfər edəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, səfər martın 12-13-də baş tutacaq.

ATƏT sədri səfər çərçivəsində baş nazir Nikol Paşinyan, prezident Armen Sarkisyan, parlamentin sədri Ararat Mirzoyan, xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşlər keçirəcək.

Xatırladaq ki, martın 5-də Layçak Bakıya səfər edib və ölkə rəhbərliyi ilə görüşlər keçirib.

P.Sultanova

 

Paylaş:
394

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər