Konor Makqreqor həbs edildi – FOTO | 1news.az | Xəbərlər
İdman

Konor Makqreqor həbs edildi – FOTO

10:18 - 12 / 03 / 2019
Konor Makqreqor həbs edildi – FOTO

İrlandiyalı döyüşçü Konor Makqreqor ABŞ-ın Florida ştatında polis tərəfindən həbs edilib.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, irlandiyalı döyüşçü Mayami-Biç səmtində fanatı ilə münaqişəyə görə saxlanılıb. Polisdən verilən məlumata görə, idmançı onunla foto çəkdirmək istəyən şəxsə qarşı aqressiv davranıb.

Makqreqor qaldığı oteldən çıxaraq “LİV” gecə klubuna doğru hərəkət edirmiş. Bu zaman əlində telefon olan fanatı ona yaxınlaşıb. Makqreqor telefonu əlindən alaraq qırır və yoluna davam edir. Zərərçəkən polisə müraciət edib.

Telefonun qiyməti min dollardır. Növbəti gün Makqreqor saxlanılıb. Ona qarşı quldurluq və ziyan vurma maddəsi ilə ittiham elan edilib.

1news.az

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər